Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq | 1news.az | Xəbərlər
FORMULA 1

Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq

15:08 - 12 / 06 / 2020
Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) alınan qərara əsasən ictimaiyyətin nəzərinə çatdırır ki, Formula 1 Azərbaycan Qran Prisi bu il baş tutmayacaq.

BŞH-dən verilən məlumata görə, bu qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası hökuməti, Formula 1 Dünya Çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən aparılan geniş danışıqlar nəticəsində birgə qəbul olunub.

Koronavirus pandemiyasının səbəb olduğu və hazırda davam edən qeyri-müəyyən vəziyyət yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməklə yanaşı bu proses zamanı tikinti işçilərini və mühəndisləri sağlamlıq baxımından təhlükə altında qoyur. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önləyici tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldır. Bütün bu səbəblər bizə Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışını ləğv etməkdən başqa seçim qoymur.

Bu qərarın alınmasında əməliyyat şirkətinin əsas məqsədi Azərbaycan xalqı ilə yanaşı ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığı və rifahını qorumaqdır.

Builki yarış həftəsonunun ləğvinə görə, alınan biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda alınan biletlər gələn il baş tutacaq yarış üçün saxlanılacaq.

Digər tərəfdən, bildirmək istərdik ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hər hansı bir maliyyə öhdəliyi yaratmır və eyni zamanda builki yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümünə ötürülür.

Fürsətdən istifadə edərək bütün dəstəkçilərimizə, müştərilərimizə və tərəfdaşlarımıza göstərdiyi anlayış səbəbindən təşəkkürümüzü bildirir, hər birinizi gələn il Bakıda baş tutacaq gözlənilməz və həyəcanverici yarış məqamları ilə dolu növbəti möhtəşəm yarışa səbirsizliklə gözləyirik.

1news.az

Paylaş:
5086

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər